Bu ölkələrin vətəndaşları ABŞ-a buraxılmayacaq - SİYAHI


13:50     25 Sentyabr 2017 new_york_museums.jpg

ABŞ hökuməti vətəndaşları Amerikaya buraxılmayacaq ölkələrin sayını artırıb.


Femida.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, sözügedən məsələ ilə bağlı sənəd ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanıb.

Məlumata görə, yeni siyahıya Çad, İran, Liviya, Şimali Koreya, Suriya, Venesuela və Yəmən daxildir.

Yeni sənəd oktyabrın 18-dən qüvvəyə minəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1111