Bu gün AŞPA-da Qarabağ müzakirə ediləcək


14:19     25 Sentyabr 2017 584242.jpg

Avropa Şurası ölkələri arasındakı münaqişələr üzrə AŞPA-nın Alt Komitəsi bu gün Afinada həlli uzanan münaqişələrin nizamlanması məsələsini müzakirə edəcək.


Femida.az report-a istinadən xəbər verir ki, bu barədə Alt Komitənin sədri Ştefan Şennak məlumat verib.
Ş.Şennakın sözlərinə görə, onun sədrliyi ilə keçəcək görüş ATƏT-in yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə baş tutacaq.

Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) deputatı Ştefan Şennak bu ilin mart ayında AŞPA-nın münaqişələr üzrə yeni alt komitəsinin sədri seçilib. Ş.Şennak, həmçinin AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisidir.
O, daha əvvəl Dağlıq Qarabağ münaqişəsinin yeni alt komitə ilə məşğul olacağı üç prioritet məsələdən birinə çevriləcəyini bəyan edib.

Femida.az

Açar sözlər:

Oxunub: 664