Türkiyə İraqla sərhədi bağladı


15:30     25 Sentyabr 2017 18turkiye-siniri.jpg

Türkiyə İraqın kürd muxtariyyəti ilə sərhəddə, Şırnak vilayətində "Habur" nəzarət-buraxılış məntəqəsi bağlayıb.


Femida.az xəbər verir ki, məntəqə birtərəfli qaydada bağlanıb.

Qeyd edək ki, bu gün Ərbildə İraqın kürd muxtariyyətinin müstəqilliyi haqqında referendum keçirilir. Türkiyə və İraq referendumun qanunsuz olduğunu, nəticələrini tanımayacaqlarını bəyan ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 1126