Bakıda `Turizm həftəsi`nə start verilir
00:49 26 Sentyabr 2017
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi 27 sentyabr - Beynəlxalq Turizm günü ilə əlaqədar “Turizm həftəsi”nə start verir.
İdarədən Femida.az-a verilən məlumata görə, 25-29 sentyabr tarixlərində keçiriləcək “Turizm həftəsi” çərçivəsində Azərbaycanın milli sərvətlərinin, tarixi abidələrinin, xalçaçılıq incilərinin gənclər arasında təbliği və onların bu sahədə məlumatlandırılması məqsədi ilə “Ümid Yeri” uşaq sığınacağının sakinləri üçün ekskursiyalar nəzərdə tutulub.
Ekskursiyalar 25 sentyabr, saat 12:00-da Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, 26 sentyabr, saat 12:00-da “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna, 27 sentyabr, saat 15:00–da Milli Azərbaycan Tarixi Muzeyinə, 28 sentyabr saat, 15:00-da Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə, 29 sentyabr, saat 15:00-da Heydər Əliyev Mərkəzinə təşkil ediləcək.
Həmçinin, Baş İdarənin 27 sentyabr – Beynəlxalq Turizm günü ilə əlaqədar tədbirlər planına əsasən şəbəkəsinə daxil olan müəssisələrdə (kitabxanalar, mədəniyyət evləri və klublar, muzeylər, uşaq musiqi və incəsənət məktəbləri) müxtəlif sərgilər, söhbətlər, dəyirmi masalar, ekskursiyalar, “Açıq qapı” günləri təşkil olunacaq.
Femida.az
Oxunub: 563
Oxşar xəbərlər
- Bakıda istehsal olunan çörəklərin Sumqayıtda satışına QADAĞA
- Bakıda qəzaya səbəb olan marşrutun daşıyıcı dəyişdi
- Bakıda yaşayış binası yanıb - Tüstüdən zəhərlənən var
- Bakıda qeyri-rezident səfirlər üçün qəbul keçirilib
- Bakıda daha bir küçə təmirə bağlanır
- Bakıda fərdi evdə yanğın olub
- Bakıda qəza törədən qadın sürücünü döydülər
- Bakıda kafedə gənc qız bıçaqlandı
- Bakıda sərnişin avtobusu aşdı - 15 yaralının adı bilindi (Yenilənib)
- Bakıda taksilərlə bağlı yenilik