Voleybolçularımız 1/4 finalda


01:09     26 Sentyabr 2017 15063553575795513983_1000x669_1506358512.jpg

Bu gün Azərbaycanda və Gürcüstanda təşkil edilən qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi çərçivəsində “A” qrupunda Azərbaycan-Almaniya görüşünə start verilib.


Gərgin idman mübarizəsi şəraitində keçən birinci setdə Almaniya millisi 25:19 hesabı ilə qalib gəlib. Lakin ikinci setdə təşəbbüsü ələ alan Azərbaycan voleybolçuları qələbə qazanaraq (25:19) ümumi hesabı bərabərləşdiriblər – 1:1.

Qarşılaşmanın üçüncü setində üstün oyun nümayiş etdirən voleybolçularımız 25:18 hesabı ilə qalib gəliblər. Bu qələbə sayəsində milli komandamız ümumi hesabda irəli çıxıb - 2:1.

Azərbaycan millisi dördüncü seti 25:18 hesabı ilə öz xeyrinə bitirib. Beləliklə, yekunda 3:1 hesabı ilə qalib gələn voleybolçularımız xallarının sayını 9-a çatdıraraq qrup lideri kimi dörddəbir final mərhələsinə birbaşa vəsiqə qazanıblar. Almaniya isə 4 xalla üçüncü yerin sahibi kimi pley-offda mübarizə aparacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1024