İraq Kürdüstanında səsvermə başa çatıb


01:26     26 Sentyabr 2017 pic-b371f9ce857048e8a2e6de103211171b.jpg

İraq Kürdüstanında müstəqillik referendumu ilə əlaqədar səsvermə başa çatıb.


Femida.az xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı xəbər verib.

Səsvermədə iştirak etmək üçün 5,2 milyon seçici qeydiyyatdan keçib. Referendumun rəsmi nəticələrinin sentyabrın 26-ı, axşam saatlarında məlum olacağı bildirilib

İraq Kürdüstanın baş naziri Nəçirvan Bərzani muxtariyyət rəhbərliyinin referendumdan dərhal sonra müstəqillik elan etmək niyyətində olmadığını bildirib. O həmçinin İraqın mərkəzi hökuməti və qonşu ölkələrlə dialoqa hazır olduğunu bəyan edib.

Qeyd edək ki, bü gün İraqın şimalındakı Kürd Muxtariyyətinin ərazisində müstəqillik referendumu keçirilib. İraq hökuməti referendumun qanunsuz olduğunu bəyan edib. ABŞ, Almaniya, Fransa və BMT nümayəndələri M. Bərzani ilə görüşərək referendumun təxirə salınmasını istəsələr də, bu, mümkün olmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 772