Ağladığı üçün 5 yaşlı uşağı ikinci mərtəbədən atdı


02:38     26 Sentyabr 2017 33b85e68d4998f87c694ad63c5b0f54b.jpg

Rusiyanın Yakutiya şəhərində 50 yaşlı qadın rəfiqəsinin 5 yaşlı oğlunu ikinci mərtəbədən atıb.


Rusiya mətbuatının yaydığı məlumata görə, qadın rəfiqəsi ilə birgə əyləncə təşkil ediblər. İstintaqa əsasən, rəfiqəsinin 5 yaşlı oğlu yüksək səslə ağlamağa başlayıb. Uşağın ağlamaq səsindən əsəbləşən qadın uşağın qolundan tutub ikinci mərtəbədən aşağı atıb.

Xoşbəxtlikdən uşaq yumşaq otların üstünə düşüb və ağır xəsarət almayıb.

Cinayəti törədən qadın tutulub, haqqında azyaşlının həyatına qəsd etmək maddəsi ilə cinayət işi açılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1643


Oxşar xəbərlər