Ər arvadına 12 bıçaq vurdu - Sabirabadda
13:09 26 Sentyabr 2017
Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
Femida.az -ın APA-ya istinadən xəbərinə görə, hadisə Sabirabad şəhəri, Mikayıl Müşfiq küçəsində alınıb.
Şabirabad rayon sakini, 1980-ci il təvəllüdlü Səmədova Mətanət Soltan qızı həyat yoldaşı, 1980-ci il təvəllüdlü Səmədov Nazim Nizami oğlu tərəfindən bıçaqlanıb.
12 bıçaq zərbəsi alan qadın ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasına çatdırılıb və dərhal əməliyyata götürülüb. Cinayəti törədən N.Səmədov hadisə yerindən qaçıb. Hazırda onun yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.
Məlumata görə, Nizami və Mətanət Səmədovlar 17 il əvvəl ailə qurublar, 2 övladları var.
Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.
Femida.az
Oxunub: 1224
Oxşar xəbərlər
- Ərəblərin Qəbələ sevgisi - BƏƏ-dən birbaşa reys açıldı
- Ərdoğandan fransız jurnalistə SƏRT CAVAB
- Ərdoğan Parisdə tarixi razılaşma imzaladı
- Ərdoğan Fransaya, Çavuşoğlu Almaniyaya gedir
- Ərdoğan Həsən Ruhaniyə zəng edib
- Ərdoğan: “Bəşər Əsəd terrorçudur“
- Ərdoğana hücum oldu - VİDEO
- Ər arvadının pul və qızıllarını oğurladı - Bakıda
- Ərdoğan Əliyevə zəng etdi
- Ərdoğan Putinə zəng etdi - Təşəkkür üçün