Balidə 57 min insan təxliyə edildi


13:10     26 Sentyabr 2017 vulkan15.jpg

İndoneziyanın Bali adasında Aqunq vulkanının püskürməsi təhlükəsi səbəbindən 57 min insan təxliyə edilib.


Femida.az xəbər verir ki, dövlət humanitar yardımı çərçivəsində insanlara döşəklər, ədyallar və vulkanik qazlar və küldən qorunmaq üçün maskalar verilir.

Vulkanın təhlükə səviyyəsi cümə günü ən yüksək səviyyəyə qaldırılıb. Vulkanın ətrafı 12 kilometr məsafədə mühasirəyə alınıb.

Qeyd edək ki, Aqunq vulkanında sonuncu dəfə 1963-196-cü illərdə güclü püskürmə olub. Bu püskürmə nəticəsində 1100 nəfərə yaxın insan həlak olub.

Femida.az

Açar sözlər:

Oxunub: 561