Tovuzda maşın aşıb - Yaralılar var


13:24     26 Sentyabr 2017 qeza_yeni.jpg

Tovuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az xəbər verir ki, rayonun Qovlar şəhərinə gedən yolda “Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq, aşması nəticəsində iki nəfər müxtəlif bədən xəsarətləri alıb. Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan şəxslərdən birinin vəziyyətinin ağır, digərinkinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 856