İlham Əliyev Angela Merkeli təbrik edib


14:58     26 Sentyabr 2017 ilham-eliyev%20(1).jpg

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelə təbrik məktubu ünvanlayıb.


Femida.az-ın xəbərinə görə, təbrik məktubunda deyilir:

“Başçılıq etdiyiniz Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı alyansının parlament seçkilərində qələbəsi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu qələbə həyata keçirdiyiniz siyasətin Almaniya cəmiyyəti tərəfindən dəstəklənməsinin, şəxsən Sizə bəslənən inam və etimadın ifadəsidir”.

“Ümidvaram ki, Azərbaycan ilə Almaniya arasındakı dostluq münasibətlərinin, siyasi, iqtisadi və humanitar əlaqələrimizin daha da möhkəmlənməsi və genişlənməsi, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı surətdə faydalı əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik”, deyə məktubda qeyd olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 575