Kürdüstana dəstək verən azərbaycanlı məmurla bağlı araşdırma aparılır


16:26     26 Sentyabr 2017 22008452_1903421116576853_6366128302548065965_n.jpg

Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Füzuli Tanrıverdiyevin sosial şəbəkələrdə İraq Kürdüstanında keçirilən müstəqillik referendumunu dəstəkləyən fotolar paylaşması məsələsi araşdırılır.


Femida.az APA-ya istinadən xəbər verir ki, şöbə müdirinin əməlində qanun pozuntusu müəyyən ediləcəyi təqdirdə, məsələyə hüquqi qiymət veriləcək.

Füzuli Tanrıverdiyev özünün "Facebook" səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini bildirib, Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşıb.

Femida.az

Açar sözlər:

Oxunub: 5547