Gecə klubunda qətl törədən şəxsə ağır cəza istəndi


16:56     26 Sentyabr 2017 gece%20klubu8.jpg

Prokuror müğənninin konserti zamanı gecə klubunda qətl törədən şəxsə cəza istəyib


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Fərhad Musayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Femida.az-ın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrlik etdiyi iclasda məhkəmə istintaqı tamamlanıb. Prokuror çıxış edib. O, F. Musayevin 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
P
roses oktyabrın 5-də davam edəcək.

Qeyd edək ki, hadisə "Do Re Mi" musiqi klubunda qeydə alınıb.

Telman Məmmədov adlı şəxs dostu ilə orada olarkən klubun inzibatçısı Fərhad Musayevlə aralarında mübahisə düşüb. Mübahisə davaya çevrilib. Fərhad Musayev Telman Məmmədovu yumruqla vurub, o başından ağır xəsarət alıb. Dostu Telman Məmmədovu evə aparan zaman o yolda keçinib.

F. Musayev Cinayət Məcəlləsinin 126.3-(qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə əsasən ittiham edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 833