Rusiya `Facebook`a qadağa qoya bilər


18:02     26 Sentyabr 2017 facebook-app-sensor-tower-e1471977216684.jpg

Əgər "Facebook" Rusiyada qüvvədə olan şəxsi məlumatların lokallaşdırılması barədə qanunun tələblərini yerinə yetirməzsə, 2018-ci ildən etibarən onun bu ölkədəki fəaliyyətinə xitam veriləcək.


Bu barədə Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar üzrə Federal Xidmətinin rəhbəri Aleksandr Jarov bildirib.

Məlumatda bildirilir:

"Qanun hamı üçün icbaridir. Biz ya qanunun tələblərinin yerinə yetirilməsinə nail olacağıq, ya da "Facebook" "Linkedin" kimi Rusiya ərazisindəki fəaliyyətini dayandıracaq".

Onun sözlərinə görə, 2018-ci ildə məsələyə tam aydınlıq gətiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 791