XİN türkiyəli siyasilərin Qarabağa səfərini araşdırır


18:32     26 Sentyabr 2017 1441560940_xin0.jpg

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədən bir qrup siyasətçi və jurnalistlərin Dağlıq Qarabağa qanunsuz səfərini araşdırır.


Bu barədə Femida.az-a Nazirliyin mətbuat katibi Hikmət Hacıyev deyib. O bildirib ki, araşdırma yekunlaşdıqdan sonra onlara münasibətdə müvafiq zəruri addımlar atılacaqdır.

Qeyd edək ki, Türkiyə Yaşıllar və Gələcək Partiyasının (Yeşiller ve Sol Gelecek Partisi) rəsmisi, "Ankara Düşüncə Platforması" qeyri-hökumət təşkilatının rəhbəri, sabiq millət vəkili Ufuk Urasın başçılıq etdiyi Dağlıq Qarabağa qanunsuz səfər təşkil edib. Nümayəndə heyətinə yazıçı Əli Bayramoğlu, yazıçı və teleaparıcı Erol Katırçıoğlu, yazıçı Səid Çəkinoğlu da daxildilər.



Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1771