Azərbaycanda 388 nəfər qidadan zəhərlənib - 3 ölü


19:05     26 Sentyabr 2017 zeherlenme.png

Bu ilin avqust ayı ərzində əhali arasında 29 qida zəhərlənməsi hadisəsi baş verib.


Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Femida.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində 40 nəfər zərərçəkən olub. Ötən ay botulizm hadisəsi baş verməyib. Qida zəhərlənməsi hadisələrinin hamısı məişət baş verib.

Ümumilikdə isə bu ilin 8 ayı ərzində (yanvar-avqust) 255 qida zəhərlınməsi baş verib ki, nəticədə 388 nəfər zərər çəkib. Həmin müddət ərzində 11 botulizm hadisəsi baş verib. Bunun nəticəsində isə 21 nəfər zəhərlənib, 3 nəfər dünyasını dəyişib. Botulizmdən baş verən ölüm halları bu ilin yanvar ayında Şəmkirdə, fevralda isə Goranboy və Abşeronda qeydə alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 428