Qayınanasını bıçaqlayan gəncə hökm oxundu


19:39     26 Sentyabr 2017 bicaq_0256.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində qayınanasını bıçaqlamaqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Naiq İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.


Femida.az-ın verdiyi xəbərə görə, hakim Faiq Qəniyevin icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə N.İsgəndərovun ittiham olunduğu maddə 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib və o, 1 il müddətinə azadlıqdan məhrum edilib. N.İsgəndərov istintaq zamanı xüsusi amansızlıqla sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham edilib.

Qayınana H.Qurbanova məhkəmədə kürəkəni ilə barışdığını deyib və onun 2 azyaşlı övladı olduğu üçün bağışlanılmasını istəyib.

Femida.az

Açar sözlər:

Oxunub: 511