`Polis haqqında` qanundan `ləyaqətsiz` sözü çıxarılır


20:03     26 Sentyabr 2017 milli%20meclis24.jpg

Azərbaycanda “Polis haqqında” qanuna üç maddə üzrə dəyişiklik edilir.


Femida.az-ın məlumatına görə, Azərbaycan prezidentinin təqdimatı ilə “Polis haqqında” qanunun 28-ci maddəsinin (Polis əməkdaşının xidmətə qəbul edilməsi) IV hissəsindən, 33-cü maddəsinin (Polis əməkdaşının məsuliyyəti) I hissəsinin 3-cü bəndindən və 34-cü maddəsinin (Polis əməkdaşının xidmətdən xaric edilməsi) I hissəsinin 9-cu bəndindən “ləyaqətsiz” sözü çıxarılır.

Hazırda 28-ci maddənin IV hissəsi belədir: “İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyənləşdirilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə ciddi nöqsanlara, polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, polisdə xidmətə tam yararsız olmasına, polis əməkdaşının adına ləkə gətirən ləyaqətsiz hərəkətlərə görə polisdən və digər hüquq-mühafizə orqanlarından xaric edilmiş şəxslər polisdə xidmətə qəbul edilə bilməzlər”.

Müvafiq olaraq 33-cü maddənin I hissəsinin 3-cü bəndi və 34-cü maddənin I hissəsinin 9-cu bəndi isə hazırda aşağıdakı kimidir:

- polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə - polis əməkdaşı intizam məsuliyyətinə cəlb edilir.
- polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə - polis əməkdaşı xidmətdən xaric edilə bilər.

Layihə Milli Məclisin oktyabrın 2-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 986