Türkiyənin müdafiə naziri Azərbaycanda təlimlərə qatılacaq


21:26     26 Sentyabr 2017 57d0e33d10e74.jpg

Türkiyənin milli müdafiə naziri Nurəddin Caniklinin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 27-də Azərbaycana səfər edəcək.


MN-dən Femida.az-a verilən məlumata görə, səfər çərçivəsində Türkiyə nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında rəsmi görüşlərinin keçirilməsi, həmçinin Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimlərinin bağlanış mərasimində iştirakı nəzərdə tutulub.

Səfər sentyabrın 29-dək davam edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 605