SOCAR-ın işçilərinin maaşı artıb


22:43     26 Sentyabr 2017 1420399378_pul-manat-cenubnews.jpg

2016-cı ildə SOCAR üzrə cəmi hesablanmış əmək haqqı və digər ödənişlər 595,68 mln. manat olub ki, bu da 2015-ci il ilə (563,68 mln. manat) müqayisədə 32 mln. manat və ya 5,7% çoxdur.


Femida.az SOCAR-ın 2016-cı il üzrə illik hesabatına istinadən xəbər verir ki, 2016-cı ildə işçilərə cəmi hesablanmış əmək haqqı və digər ödənişlərin tərkibində vəzifə (tarif) maaşlarının məbləği 315,96 mln. manat və ya əmək haqqı fondunda xüsusi çəkisi 53% təşkil edib. Şirkət üzrə işçilərin orta aylıq əmək haqqı 968,1 manat təşkil edib. 2015-ci il ilə (887,26 manat) müqayisədə 80,84 manat və ya 9,11% artıb.

Belə ki, 2016-cı ildə mümkün olan maksimal iş vaxtı fondu 10 281 640 adam/gün təşkil edir və bunun 94,2%-dən və ya 9 685 605 adam/günündən səmərəli istifadə edilib. Bir nəfərə düşən orta aylıq iş vaxtı 16 adam/gün olub. İş vaxtından artıq işlənmiş iş saatları - cəmi 945 418 adam(saat) təşkil edib. 1 nəfərə düşən iş vaxtından artıq iş 2,3 adam/gün təşkil edir.

Ağır və zərərli əmək şəraitinə görə əlavə ödənişin məbləği 2015-ci illə müqayisədə 2% azalıb, 2016-cı ildə bu məbləğ 7553,9 min manat təşkil edib.

Açar sözlər:

Oxunub: 895