Vüqar Qaradağlı işdən niyə çıxarıldı? - MTRŞ-dan açıqlama


23:30     26 Sentyabr 2017 ebe219fc40b96c569b19da848ccec91c_1506430630.jpg

“Azad Azərbaycan” Teleradio Yayım Şirkətinin rəhbərliyinin dəyişdirilməsi təsisçilər tərəfindən qəbul olunmuş qərardır.


Bunu Femida.az -a Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov bildirib.

MTRŞ rəsmisi deyib ki, bu məsələdə başqa səbəb axtarmaq lazım deyil: ““Televiziya və radio yayımı" haqqında qanunun 2-ci maddəsinə əsasən, telekanal rəhbərliyinin dəyişdiriliməsi telekanalın təsisçilərinin səlahiyyətindədir. Təsisçilər istədikləri vaxt rəhbəri dəyişdirə bilərlər. Burada qeyri-adi heçnə yoxdur”.

Qeyd edək ki, bu gün Vüqar Qaradağlı ATV-nin rəhbəri vəzifəsindən uzaqlaşdırılıb və onun yerinə CBC telekanalının direktoru Azər Xəlilov təyin olunub.

Açar sözlər:

Oxunub: 3365