Təhsil naziri vətəndaşları qəbul edəcək


23:55     26 Sentyabr 2017 11294_mikayil%20cabbarov8.jpg

Təhsil naziri Mikayıl Cabbarov Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində Abşeron, Zəngilan, Kəlbəcər rayon və Sumqayıt şəhər sakinlərini qəbul edəcək.


Təhsil Nazirliyindən Femida.az -a verilən məlumata görə, sentyabrın 29-da, saat 11:00-da baş tutacaq qəbulda Abşeron rayonunda və Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar sentyabrın 26-27-də Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya https://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etmələri xahiş olunur.

Açar sözlər:

Oxunub: 578