Gəncədə iki nəfər bıçaqlanıb


00:14     27 Sentyabr 2017 1351597684_bicaqlama_7_700x390.jpg

Gəncədə dava zamanı iki nəfər bıçaqlanıb.


APA-nın qərb bürosunun məlumatına görə, şəhər sakini, 1993-cü il təvəllüdlü Rəsulov Sahil Eynulla oğlu və Göyçay rayon sakini, 1984-cü il təvəllüdlü Məmmədov Cavid Davud oğlu bıçaq xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Məlumata görə, həmin şəxslər 3 nəfərlə dalaşarkən bıçaqlanıblar.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 632