London metrosundakı partlayışın səbəbi məlum oldu


00:33     27 Sentyabr 2017 london5.PNG

London metrosunun "Tower Hill" stansiyasında qatar vaqonunda kiçik partlayışa mobil telefonun enerji qurğusunun qızaraq alışması səbəb olub.


TASS-ın verdiyi xəbərə görə, bu barədə Britaniya nəqliyyat polisinin "Twitter" səhifəsində mlumat yerləşdirilib.

İnsident nəticəsində bir nəfərin yüngül xəsarət aldığı bildirilib.

Xatırladaq ki, sentyabrın 26-da London metrosunda baş verən partlayış sərnişinlər arasında təşviş doğurub və insanlar stansiyadan təxliyə edilib.

Açar sözlər:

Oxunub: 736