Ötən gün 82 cinayət faktı qeydə alınıb


01:56     27 Sentyabr 2017 11dava%20polis.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 82 cinayət faktı qeydə alınıb, onların da 12-si “isti izlər”lə açılıb.


Femida.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 26 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər tutulub.

Açar sözlər:

Oxunub: 647