• Ana səhifə / Manşet

Xəbər lenti

Aldığı maldan narazı qalan müştəri nə etməlidir?


Tarix 29.09.17, 12:33


Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.


Bu dəfəki mövzumuz alıcı-satıcı münasibətlərinin tənzimlənməsi ilə əlaqədardır.

Əvvəlcə qeyd edək ki, satıcı alıcıya keyfiyyətli əşya verməyə borcludur. Əks halda alıcı öz istəyinə görə həmin malı geri qaytarmaq və ödədiyi pulu satıcıdan geri tələb etmək hüququna malikdir. Bu halda satıcı həmin keyfiyyətsiz malı alıcıdan qəbul etməyə və həmin mala görə ödənilən məbləği alıcıya qaytarmağa borcludur.

Lakin bu məsələ ilə bağlı qanunla istisnalar da mövcuddur.

Belə ki, əgər satıcı malın qüsurlarının alıcı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, bu halda malın geri qaytarılması və çəkilən xərcin ödənilməsinə dair alıcının tələbləri təmin olunmamalıdır.

Əgər satılan qüsurlu mal ərzaq məhsuludursa, həmil mal o halda geri qaytarıla bilər ki, malın qüsuru onun yararlılıq müddəti ərzində aşkar edilmiş olsun. Məhsulun yararlılıq müddəti bitdikdən sonra alıcı həmin ərzaq məhsulunu qüsurlu olması səbəbi ilə geri qaytarmaq və onun dəyərini tələb etməkdə haqlı deyildir.

Həmçinin nəzərə alınmalıdır ki, alıcı qüsurlu malı geri qaytararkən onun məhz həmin mağazadan alındığını təsdiq edən qəbzi, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənədi mağazaya təqdim etməlidir. Əks halda mağaza həmin malın geri qaytarılması barədə alıcının tələbinə əməl etməyə bilər.

Alıcı malın qüsurları ilə bağlı öz tələbini qanunla müəyyən edilmiş müddət ərzində irəli sürə bilər.

Zəmanət müddəti müəyyən edilməmiş mallarda aşkar olunmuş qüsurlara görə onun geri qaytarılması və dəyərinin ödənilməsi tələbini alıcı, həmin malın alındığı vaxtdan 2 il müddətində irəli sürə bilər.

Zəmanət müddəti müəyyən edilmiş mallarda aşkar olunmuş qüsurlara görə isə alıcı o halda malın geri qaytarılmasını tələb edə bilər ki, həmin qüsur zəmanət müddəti ərzində aşkar edilmiş olsun.

Müqavilədə nəzərdə tutulan zəmanət müddəti iki ildən az olduqda və alıcı əşyanın qüsurlarını zəmanət müddəti bitəndən sonra, lakin əşyanın ona verildiyi gündən iki il ərzində aşkar etdikdə, satıcı bu şərtlə məsuliyyət daşıyır ki, alıcı əşyanın qüsurlarının əşya alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirsin.

Ceyhun Əhmədli
Femida.az

Xəbərin oxunma sayı : 1606











Cəmiyyət
img

Erməni kəşfiyyatçısını əsir götürən zabitin xanımı: `Vəzifədə cəmi bir gün işlədi`(VİDEO)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img