• Ana səhifə / Manşet

Xəbər lenti

`Qazprom` Azərbaycanda nümayəndəlik açacaq


Tarix 06.10.17, 10:47


"Qazprom"un Direktorlar Şurası dövlət şirkətinin Azərbaycanda nümayəndəliyinin açılmasına razılıq verib.


"Interfax" agentliyinin yaydığı xəbərə görə, müvafiq qərar Direktorlar Şurası bugünkü iclasında qəbul olunub.

"Qazprom" 2000-ci ildən 2006-cı ilədək Azərbaycana qaz nəql edib. Lakin bundan sonra "Şahdəniz" yatağının işə düşməsi ilə əlaqədar nəql dayandırılıb.

2010-cu ildən etibarən Azərbaycan Rusiyaya qaz nəqlinə başlayıb. Nəql olunan qaz Dağıstanın "mavi yanacaq"la təchiz olunması üçün istifadə olunub. 2013-cü və 2014-cü illərdə təmir işləri ilə əlaqədar nəql bir neçə dəfə dayandırılıb. 2015-ci ildə isə nəql olmayıb. Həmin il "AzMeCo" şirkəti Rusiyadan qaz idxal etmək istəyib. Danışıqlar "Qazprom" və SOCAR arasında aparılıb.

Femida.az

Xəbərin oxunma sayı : 493











img

Erməni kəşfiyyatçısını əsir götürən zabitin xanımı: `Vəzifədə cəmi bir gün işlədi`(VİDEO)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img