• Ana səhifə / Manşet

Xəbər lenti

Qızını zəhərləyib öldürən ananın məhkəməsi başlayır


Tarix 06.10.17, 14:29


Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı qızını südə zəhər qataraq öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın məhkəmə prosesi başlayır.


Femida.az-ın verdiyi xəbərə görə, prosesə hakim Ramella Allahverdiyeva sədrlik edəcək. İlkin hazırlıq iclası oktyabrın 11-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin iyun ayının 14-də Qusar rayonunun Hil kəndində baş verib. Kənddə fermada yaşayan Gülnarə Saypullayeva qızı, 5 yaşlı Luiza Saypullayevanın qəflətən ölməsi barədə polisə məlumat versə, azyaşlının zəhərlənərək öldürüldüyü müəyyənləşib. G.Saypullayeva ilkin ifadəsində qızını ilan sancdığını deyib. Amma ekspertizanın rəyindən sonra məlum olub ki, 5 yaşlı Luiza zəhərlənib. Bundan sonra ana həqiqəti etiraf edib və südə zəhər qataraq uşağına içirtdiyini deyib.

Femida.az

Xəbərin oxunma sayı : 1372









Müsahibə
img

83 yaşlı tənha geoloqun acı taleyi: `Xoşbəxt Yusifzadə ilə birgə işləmişəm` - (VİDEO)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img