Rusiyadan Ermənistana 100 milyonluq kredit - Silah alınacaq


14:12     12 Oktyabr 2017 rusiya%20ermenistan2.jpg

Rusiya Ermənistana müasir silahların və hərbi avadanlıqların alınması üçün 100 milyon dollar dövlət ixrac krediti verəcək.



Femida.az -ın “Armenpress”-ə istinadən verdiyi məlumata görə, belə bir razılaşmanın imzalanması məsələsi Ermənistan hökumətinin bu gün keçiriləcək iclasının gündəliyinə salınıb. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub.

Xatırladaq ki, 2015-ci ildə də Rusiya ilə Ermənistan arasında silahlarına alınmasına dair 200 milyon dollarlıq kredit razılaşması imzalanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1259