Daha bir maşın su arxına düşüb, sürücü xəsarət alıb


15:09     12 Oktyabr 2017 masin%20asib%20qeza_yeni1.jpg

Göyçay rayonunda sürücünün ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az-ın xəbərinə görə, bu gün saat 09:00 radələrində Göyçay-Hacalıkənd avtomobil yolunun 5-ci kilometrliyində, Qarabaqqal kəndi ərazisində Hacalıkənd kənd sakini 1988-ci il təvəllüdlü Quliyev Nemət Naib oğlunun idarə etdiyi “Ford” markalı yük avtomobili idarəetmədən çıxaraq, su arxına düşüb. Nəticədə Nemət Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 546