• Ana səhifə / Manşet

Xəbər lenti

67706 nəfər gəncə işlə bağlı məsləhət verildi


Tarix 12.10.17, 11:28


Cari ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 70,6 min nəfər şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına, peşəyönümü tədbirlərinə cəlb edilib.


Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, işçi qüvvəsinin əmək bazarında rəqabət qabiliyyətli peşələrə yiyələnmələri üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən hesabat dövründə 2 698 nəfər şəxs üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub. Kurslarda inşaat rəngsazı, əməliyyatçı mühasib, dülgər-xarrat, elektrik-qaz qaynaqçısı, kompüter istifadəçisi, avtomobil təmiri üzrə çilingər, qənnadçı, dərzi, arıçı, xalçaçı, mebel quraşdırıcısı və s. peşələr öyrədilib. Bir çox peşələrin tədrisi modul tədris proqramları əsasında həyata keçirilib ki, bu da onların daha asan və optimal şəkildə öyrədilməsinə imkan verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə isə yanvar-sentyabr aylarında 215 nəfər gənc peşə hazırlığı kurslarına qəbul olunub. Peşə təlimində olduqları müddətdə həmin gənclərin dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə təminatı, eləcə də cəmiyyətə fəal inteqrasiya olunmalarının dəstəklənməsi üçün müxtəlif formalarda tədbirlər həyata keçirilib.

Cari ilin 9 ayında gənclərin əmək bazarının tələblərinə uyğun peşə və ixtisaslara istiqamətləndirilməsi məqsədilə peşəyönümü tədbirləri də davam etdirilib. Böyük əksəriyyəti yuxarı sinif şagirdlərindən ibarət 67 706 nəfər gəncin iştirakı ilə keçən tədbirlərdə onlara əmək bazarı, işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri, aktiv məşğulluq tədbirləri və s. barədə məlumatlar, peşəyönümü məsləhətləri verilib.

Femida.az

Xəbərin oxunma sayı : 73









Cəmiyyət
img

83 yaşlı tənha geoloqun acı taleyi: `Xoşbəxt Yusifzadə ilə birgə işləmişəm` - (VİDEO)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img