• Ana səhifə / Manşet

Xəbər lenti

Tələbə qızların telefonunu oğurlayan şəxs ələ keçdi


Tarix 12.10.17, 14:51


Oktyabrın 11-də Bakı Dövlət Universitetinin yaxınlığında iki qız həmin ərazidə xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşlarına müraciət edərək mobil telefonlarının oğurlandığını bildiriblər.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az- a verilən məlumata görə, bu zaman yaxınlıqdan bir şəxsin qaçaraq ərazini tələsik tərk etməsi polis əməkdaşlarının gözündən yayınmır.
Dərhal görülən tədbirlərlə həmin şəxs yaxalanıb.
Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə gətirilən şübhəlinin üzərinə baxış keçirilib, "Samsung" və "İphone -7" markalı mobil telefonlar aşkar edilərək maddi sübut kimi götürülüb.
Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Elman Əliyev olduğu, oğurladığı mobil telefonların isə Bakı Dövlət Universitetinin tələbələri olan həmin qızlara məxsus olduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.

Femida.az

Xəbərin oxunma sayı : 502











Hüquq-mühafizə
img

Erməni kəşfiyyatçısını əsir götürən zabitin xanımı: `Vəzifədə cəmi bir gün işlədi`(VİDEO)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img