Rusiya Azərbaycan pomidoruna nəzarəti gücləndirir
19:41 12 Oktyabr 2017
“Rosselxoznadzor” qadağan olunan məhsulların ixrac edilməsi hallarına qarşı apardığı önləyici tədbirlər çərçivəsində Azərbaycan, Ermənistan və Belarusdan meyvə-tərəvəz məhsullarının, xüsuslilə də pomidorların idxalına nəzarəti gücləndirəcək.
Femida.az-ın “Ria Nosvosti” agentliyinə istinadən verdiyi xəbərə görə, “Rosselxoznadzor” bəyan edib ki, son zamanlar Azərbaycan, Ermənistan və Belarusdan qadağan olunan məhsulların idxal edilərək guya bu ölkələrdə istehsal olunmuş kimi Rusiyaya ixrac edilməsi halları çoxalıb.
Qurum malların qablaşdırılması zamanı etiketlərin üzərində istehsalçının dəqiq adresinin göstərilməsini tələb edib. Qeyd olunub ki, əks halda mallar istehsalçıların dəqiq ünvanı bilinənə qədər ölkəyə buraxılmayacaq.
Qeyd edək ki, Rusiyada Türkiyədə istehsal olunan pomidorların qeyri-leqal olaraq Azərbaycan, Ermənistan və Belarusdan Rusiyaya təkrar ixrac olunması faktları aşkar edilib. Türkiyə tərəfindən Rusiya təyyarəsi vurulduqdan sonra rəsmi Moskva Türkiyə pomidorlarının ölkəyə ixracını qadağan edib.
Femida.az
Oxunub: 530
Oxşar xəbərlər
- Rusiya aviabazasına böyük zərbə - Suriyada
- Rusiyada kütləvi dava - Azərbaycanlı ağır yaralandı
- Rusiyada yaşayan azərbaycanlı alim vəfat etdi
- Rusiyada qəza: 10 nəfər ölüb
- Rusiya səfirininin ölümü ilə bağlı HƏBS QƏRARI
- Rusiyada həmyerlimiz 12 il azadlıqdan məhrum edildi
- Rusiya polisi `Lotu Quli`ni axtarır
- Rusiya Kamçatkada yeni ordu yaradır
- Rusiya Mərkəzi Bankının sədri ABŞ-ı hədələdi
- Rusiya telekanalında azərbaycanlı və erməni ekspertlər əlbəyaxa oldu - VİDEO