Bərdədə gənc bıçaqlandı


00:25     13 Oktyabr 2017 1351597684_bicaqlama_7_700x3908.jpg

Bərdə rayonunda 17 yaşlı gənc bıçaqlanıb.


Femida.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Kətəlparaq kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2000-ci il təvəllüdlü Şükür Sərdar oğlu Rzayev həmkəndlisi tərəfindən bıçaqlanıb. Kürək nahiyəsindən 4 bıçaq zərbəsi alan gənc Bərdə Rayon Mərkəzi
Xəstəxanasına yerləşdirilib. Hazırda yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 767