Dəniz Baykal reanimasiyaya yerləşdirilib


14:20     16 Oktyabr 2017 baykalll%2016%20mart1.jpg

Türkiyədə əsas müxalifət partiyası olan Cumhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri, millət vəkili Dəniz Baykal reanimasiyaya yerləşdirilib.


Femida.az Türkiyə KİV-lərə istinadən xəbər verir ki, Ankaradakı “İbn Sina” xəstəxanasının reanimasiyasına yerləşdirilən Baykala yuxarı tənəffüs yollarının sətəlcəmi diaqnozu qoyulub.

Məlumata görə, Dəniz Baykal bir neçə gün əvvəl Fransanın Strasburq şəhərində AŞPA-nın sessiyasında olarkən xəstələnib və vətəninə qayıdandan sonra səhhəti daha da pisləşib.

Femida.az

Açar sözlər:

Oxunub: 1149