Vitold Vaşçikovski Bakıya gəlir


15:44     16 Oktyabr 2017 vitoli.jpg

Polşanın xarici işlər naziri Vitold Vaşçikovski oktyabrın 18-də Azərbaycanda rəsmi səfərdə olacaq.


XİN-nin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Vitold Vaşçikovskinin xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçirəcəklər.

Femida.az

Açar sözlər:

Oxunub: 731


Oxşar xəbərlər