İraq ordusundan uğurlu əməliyyat - Kərkük Bərzaninin əlindən alınır


19:01     16 Oktyabr 2017 kerkuk-4.jpg

Ötən gecə yerli vaxtla saat 01.00 radələrində İraq ordusunun başladığı Kərkük əməliyyatı davam edir.


Femida.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, əməliyyatlar nəticəsində Kərkükün əsas strateji nöqtələri İraq ordusunun nəzarətinə keçib.

İraq ordusu şəhərin cənub istiqamətində Keyvan hərbi bazası, Kərkük hava limanı, Kərkük Elektrik Stansiyası, neft və qaz yataqları olan əraziyə nəzarəti ələ keçirib. Şimali İraq Neft Şirkəti və yaxınlıqdakı neft emalı zavodu döyüşsüz alınıb.

Məlumata görə, hazırda əməliyyatlar davam etirilir.

Qeyd edək ki, İraq hökuməti Kərkük əməliyyatından öncə PKK terrorçularının Kərkükə yerləşdirilməsini müharibə elanı kimi dəyərləndirmişdi. Artıq Türkiyə Xarici İşlər Nazirliyi (XİN) də PKK terrorçularının Kərkükə yerləşdirilməsinə etirazını ifadə edib, İraq torpaqlarında PKK-nın mövcudluğuna son qoymaq üçün İraq hökuməti ilə hər cür əməkdaşlığa hazır olduğunu vurğulayıb. Türkiyə XİN-in bəyanatında İraq ordusunun Kərkük əməliyyatına dəstək ifadə olunub: “İraq hökumətinin tarix boyunca türkmənlərin yurdu olan Kərkükdə Konstitusiyanın tələblərinin yerinə yetirilməsi istiqamətində atdığı addımları dəstəkləyirik”.

Femida.az

Açar sözlər:

Oxunub: 2474