Kremldən Kərküklə bağlı - Açıqlama


22:16     16 Oktyabr 2017 Moscow_Kremlin.jpg

İraq ordusunun Kərkük əməliyyatına dair açıqlama verən Kremlin mətbuat katibi Dmitri Peskov İraq ilə İraq Kürd Regional Rəhbərliyi (İKRR) arasındakı bütün problemlərin sülh yoluyla həll edilməli və İraqın ərazi bütövlüyünün qorunmalı olduğunu söyləyib.


Mətbuat nümayəndələrinin Rusiyanın Kərkükdəki vəziyyət üçün vasitəçilik edib-etməyəcəyi sualına cavab verən Peskov "Moskva Bağdad ilə yaxşı əlaqələri dəstəkləyir. İraq ilə mühüm ticarət həcminə malikik. Bununla yanaşı, iraqlı kürdlərlə də tarixən mehriban və dostcasına münasibətlərimiz var. Rusiya həm İraqla, həm də İKRR ilə olan əlaqələrini əhəmiyyət verir", - deyib. Rusiyanın Bağdad və kürdlər arasındakı bütün problemlərin İraqın ərazi bütövlüyü əsas alınaraq, diplomatik vasitələrlə və sülh yolu ilə həllinə tərəfdar olduğunu qeyd edən Peskov kürdlərin qanuni haqlarına və maraqlarına hörmət göstərilməli olduğunu vurğulayıb.

Xatırladaq ki, İKRR-də 25 sentyabrdakı müstəqillik referendumundan sonra bəzi yerlərin hökumətə təhvil verilməsini istəyən və və Kərkükdə əməliyyat başladan İraq ordusunun 2 neft sahəsi, 1 hərbi baza və hava limanında nəzarəti təmin etdiyi bildirilmişdi. İraq Baş naziri Heydər əl-Abadi peşmərgəyə ordu tərkibində hərəkət etmə çağırışı etmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 975