2 min insan yaşamaq üçün Azərbaycana gəlib


02:07     17 Oktyabr 2017 statistika_1504157591.jpg

Bu ilin yanvar-avqust ayları ərzində 2080 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib.


Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycandan gedən 1202 nəfər qeydə alınıb.

Beləliklə, ölkə üzrə miqrasiya saldosu müsbət 878 nəfər təşkil edib.

Qeyd edək ki, 7 ayın statistikasına görə isə Azərbaycana daimi yaşamaq üçün 1782 nəfər gəldiyi bildirilib.

Həmin müddət ərzində (yanvar-iyul) 1002 nəfər isə Azərbaycandan gedib. 7 ayın miqrasiya saldosu müsbət 780 nəfər təşkil edib. (Trend.az)

Femida.az

Açar sözlər:

Oxunub: 934