Daha bir publik hüquqi şəxs yaradıldı


14:04     17 Oktyabr 2017 naxcivan_nmr_ali_meclis_mushavire_vasif_talibov_1%20(1)%20(1)25.jpg

Naxçıvan MR-nın Ali Məclisinin Sədri Vasif Talıbov Darıdağ Arsenli Su Müalicəxanasının yenidən təşkili haqqında sərəncam imzalayıb.


Femida.az xəbər verir ki, sərəncama əsasən Darıdağ Arsenli Su Müalicəxanası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Darıdağ Arsenli Su Müalicəxanasına çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təklifləri nəzərə alınmaqla Darıdağ Arsenli Su Müalicəxanasının istifadəsində olan əmlak və avadanlıqların publik hüquqi şəxsin balansına veriləcək.

Həmçinin Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinə publik hüquqi şəxsin dövlət qeydiyyatına alınması ilə bağlı zəruri tədbirlər görülməsi tapşırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 510