Zərərçəkmiş şəxs ifadə verdi - Yanan binaya görə


16:11     17 Oktyabr 2017 yanan%20bina24.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yanğın təhlükəsizliyi qaydalarını pozmada təqsirləndirilən Məmməd Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Femida.az-ın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs Oqtay Vəliyev ifadə verib.

O bildirib ki, yanğın nəticəsində mənzilinə ziyan dəyib. O. Vəliyev təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib.

Proses oktyabrın 24-də davam etdiriləcək.


Femida.az

Açar sözlər:

Oxunub: 653