Vergilər naziri Ağcabədidə vətəndaşları qəbul edəcək


20:13     17 Oktyabr 2017 1444040130_fazil.jpg

Oktyabrın 20-də vergilər naziri Fazil Məmmədov Ağcabədi şəhəri, Üzeyir Hacıbəyov prospektində yerləşən vergi ödəyicilərinə xidmət mərkəzində vətəndaşları qəbul edəcək.

Vergilər Nazirliyindən Femida.az-a verilən məlumata görə, qəbulda Ağcabədi, İmişli, Bərdə, Tərtər, Xocalı və Xocavənd rayonlarından olan vətəndaşlar iştirak edə bilər.

Nazir vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxacaq.
Ağcabədi, İmişli, Bərdə, Tərtər, Xocalı və Xocavənd rayonlarından olan vətəndaşlar 8 saylı Ərazi Vergilər İdarəsi, 11 saylı Ərazi Vergilər Departamenti, Ağcabədi Vergi Ödəyicilərinə Xidmət Mərkəzi, İmişli Vergi Ödəyicilərinə Xidmət Mərkəzi, Bərdə Vergi Ödəyicilərinə Xidmət Mərkəzi və Tərtər Vergi Ödəyicilərinə Xidmət Mərkəzi ilə əlaqə saxlayıb qəbula yazıla bilər.

Femida.az

Açar sözlər:

Oxunub: 1054