Prezidentə təbrik məktubları gəldi


20:32     17 Oktyabr 2017 2015-01-02-19-43-08prezidentttt(01011).jpg

Fələstin dövlətinin prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan prezidenti İlham Əliyevi Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik edib.



Femida.az-ın məlumatına görə, M. Abbasın məktubunda deyilir:

“Hörmətli cənab Prezident. Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə Zati-alinizə Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Bu münasibətlə Sizə, ölkənizə və xalqınıza xoşbəxtlik, rifah və tərəqqi arzu edirəm. Xalqlarımızı və ölkələrimizi birləşdirən möhkəm qardaşlıq əlaqələrinə dərin ehtiramımızı ifadə edirik. Sizin xalqımızın hüquqlarına, müstəqil Fələstin Dövlətinin yaradılmasına göstərdiyiniz qardaşlıq dəstəyinizi yüksək qiymətləndiririk. Bu əlaqələrin inkişaf etdirilməsi və ölkələrimiz üçün faydalı müştərək məqsədlərimizə xidmət naminə aramızdakı qarşılıqlı əməkdaşlıq yollarının davam etdirilməsindən sonsuz məmnunluq duyuruq. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyət arzu edirəm. Xahiş edirəm, ən səmimi təbriklərimi qəbul edin”.


Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud də Azərbaycan prezidenti İlham Əliyevi Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik edib.

Əbdüləziz Al Səudun məktubunda deyilir:

“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu. Zati-aliləri, qardaşım İlham Heydər oğlu Əliyev. Ölkənizin Dövlət Müstəqilliyi Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının xalqına və hökumətinə davamlı inkişaf və rifah arzu edirəm”.

Açar sözlər:

Oxunub: 802