Qadın maşınla su çəninin arasında can verdi


22:58     17 Oktyabr 2017 meyit2.jpg

Masallıda qadın bədbəxt hadisə nəticəsində ölüb.


Femida.az -ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Böyük Kolatan kəndində 1941-ci il təvəllüdlü Səmayə Hacıağa qızı Şirəliyeva “ZİL” markalı yük maşınından ot almaq istəyib. Ot bağlaması ilə dolu avtomobil qadının həyətinə girərkən maşında nasazlıq yaranıb və əyləci tutmayıb. Bu zaman arxada olan qadın maşınla su çəninin arasında qalaraq, ölüb.

Fakt araşdırılır.

Açar sözlər:

Oxunub: 686