Əfqanıstanda iki terror aktı - 71 nəfər ölüb


00:38     18 Oktyabr 2017 efqanistanda.jpg

Əfqanıstanda törədilmiş iki terror aktı nəticəsində ölənlərin sayı 71 nəfərə çatıb.


Femida.az-ın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, partlayışlar nəticəsində 170 nəfər yaralanıb.

Qeyd edək ki, Paktiya əyalətinin Qardez şəhərində terrorçu-kamikadze polis məntəqəsinə hücum edib. Əfqanıstan DİN-nin məlumatına görə, hücum nəticəsində 41 nəfər ölüb, 158 nəfər yaralanıb. İkinci terror aktı nəticəsində isə 25 polis əməkdaşı və 5 dinc sakin ölüb, 10 nəfər isə yaralanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 759