32 nəfər valideynlik hüququndan məhrum edilib


01:10     18 Oktyabr 2017 bosanmalar-artiyor-2.jpg

Bu ilin 6 ayı ərzində Azərbaycanda I instansiya məhkəməsində Azərbaycanda valideynlik hüququndan məhrum edilmə ilə bağlı 66 mülki işə baxılıb.


Dövlət Statistika Komitəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 32-nin iddiası təmin edilib.

Həmçinin, I instansiya məhkəməsində valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı 46 mülki işə baxılıb. Onlardan isə 41-nin iddiası təmin edilib.

Qeyd edək ki, ötən il Azərbaycanda valideynlik hüququndan məhrum edilmə ilə bağlı 123, valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı isə 86 mülki işə baxılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 760