Azərbaycanda dekorativ balıqların yetişdirilməsinə başlanılıb


03:24     18 Oktyabr 2017 Akvaryumem.jpg

Mingəçevir Elmi-Təcrübə laboratoriyasının ərazisindəki göllərdə əmtəə və dekorativ balıqlar yetişdirilməsinə başlanılıb. Bu barədə Trend-ə AMEA-nın Zoologiya İnstitutundan bildiriblər.


İnstitutdan bildiriblər ki, bu məqsədlə artıq laboratoriyanın bütün göllərində melorasiya işlərinə başlanılıb.

Prosesdə ilkin olaraq balıqlar ovlanaraq duz məhlulundan və marqansdan keçirilir, çeşidlənir. Bundan sonra həmin dekorativ balıqlar müvafiq olaraq göllərə paylanılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1377