Bu ölkədə cinsi azlıqlar siyahıya alınıb


21:41     18 Oktyabr 2017 uploads--1--2012--06--gay-love.jpg

Tacikistanın Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu ölkədə yaşayan bütün cinsi azlıq nümayəndələrini qeydiyyata alıb.


Femida.az xarici KİV-lərə istinadən xəbər verir ki, onların siyahıya alınması "Əxlaq" və "Təmizlik" kod adı altında keçirilən əməliyyatlar çərçivəsində baş tutub.

Siyahıda 319 homoseksual kişi və 48 lezbiyan qadın yer alıb.

Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, geylər və lezbiyanların qeydiyyata alınması onların HİV infeksiyasına yoluxma riskinin yüksək olması və tez-tez tərəf müqabili dəyişdiklərindən əhalinin həssas təbəqəsinə aid olmaları ilə bağlıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 952