Tillerson Bağdadın Kərküklə bağlı fəaliyyətini dəstəkləyib


22:07     18 Oktyabr 2017 1A2CADCA-46B5-4673-A55A-380C582FA8F2.jpeg

ABŞ dövlət katibi Reks Tillerson İraqın baş naziri Heydər əl-Abadi ilə söhbət zamanı İraqın ərazi bütövlüyünü və Bağdadın hakimiyyətin legitimliyini bərpa etmək istiqamətində fəaliyyətini dəstəklədiyini bəyan edib.


Femida.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İraq baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, ABŞ dövlət katibi İraqın Kürdüstan bölgəsində keçirilmiş referendumu dəstəkləmir: “Həmçinin o, İraqın ərazi bütövlüyünü, federal hökumətin qarşıdurmadan çəkinmə və qanunun aliliyini bərpa etmə istiqamətində atdığı addımları dəstəklədiyini bəyan edib”.

Söhbət zamanı Əl-Abadi bildirib ki, Kərkükdəki fəaliyyət konstitusion və qanunu xarakter daşıyır, ölkənin parçalanmasının qarşısını almağa xidmət edir.

Xatırladaq ki, rəsmi Bağdad Kərkük şəhərində nəzarətin bərpa olunması istiqamətində əməliyyat keçirib.

Femida.az

Açar sözlər:

Oxunub: 619