ABŞ-da atışma: Ölənlər var


01:08     19 Oktyabr 2017 abs%20igtisas3.jpg

ABŞ-ın Merilend ştatında biznes-mərkəzində silahlı insident baş verib.


Femida.az -ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Harford dairəsində qeydə alınan atışma nəticəsində 3 nəfər ölüb, daha 2-si yaralanıb. Onların vəziyyəti ağır kimi qiymətləndirilir.

İlkin məlumata əsasən, atəş açan şəxs hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 871